Hökumətin iclasında Şovidə baş vermiş təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Hökumətin iclasında Şovidə baş vermiş təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş nazir İrakli Ğaribaşvili Şovi faciəsi nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bir daha başsağlığı verib.
“Şovidə həlak olanların ailələrinə, yaxınlarına, qohumlarına, bütün ölkəyə, cəmiyyətə bir daha başsağlığı vermək istərdim. Şovidə çoxlu sayda vətəndaşımızın həyatına son qoyan həqiqətən də dəhşətli faciə baş verdi. Mən nazirlərdən həlak olanların parlaq xatirəsini bir dəqiqəlik sükutla yad etmələrini xahiş etmək istərdim”- deyə İrakli Ğaribaşvili açıqlayıb.