Hökumətin iclasında paraplanla uçuşla bağlı məsələləri və təhlükəsizlik standartlarını müəyyən edən layihə təsdiq edilib
Hökumətin iclasında paraplanla uçuşla bağlı məsələləri və təhlükəsizlik standartlarını müəyyən edən layihə təsdiq edilib

 

Hökumətin bugünkü iclasında paraplanla uçuşla bağlı məsələləri və təhlükəsizlik standartlarını müəyyən edən layihə təsdiqlənib. Baş nazirin mətbuat xidmətindən verilən məlumata əsasən, bu sahənin təhlükəsizlik baxımından əhəmiyyətli risklərlə əlaqəli olduğu və müvafiq qanunvericilik aktı qəbul edilənədək paraplanla uçuşun müvəqqəti qayda əsasında hüquqi tənzimlənməsinin zəruriliyi qeyd olunub.

Təqdim olunan layihə ilə “paraplanla uçuşların həyata keçirilməsi, istismarı, təhlükəsizliyi və bu qayda ilə müəyyən edilmiş fəaliyyətlər üçün müəyyən edilmiş rüsumların məbləğinin müəyyən edilməsi və ödənilməsinin müvəqqəti qaydası” təsdiq edilir.

“Layihə prosesdə iştirak edən şəxslərin hüquq və vəzifələrini, uçuş yerinin uyğunluğunun müəyyən edilməsi tələbini və müvafiq qaydanı, operatorun sertifikatlaşdırılması məsələsini, pilotla bağlı tələbləri, pilotların kateqoriyalarını/alt kateqoriyalarını, onlara verilməsi/tanınması və sınağın keçirilməsi qaydası, paraplanın və onun elementlərinin yararlılığının müəyyən edilməsi tələbi və müvafiq prosedur, federasiyanın səlahiyyət və hüquq-vəzifələrini, federasiyanın fəaliyyətinə nəzarəti, qayda ilə nəzərdə tutulmuş müvafiq fəaliyyətin həyata keçirilməsi üçün müəyyən edilmiş rüsumun məbləği və s. təyin edir.

Qayda paraplanla kommersiya, qeyri-kommersiya və təlim-məşq uçuşlarını tənzimləyir. Qayda eksperimental və nümayiş uçuşlarına şamil edilmir, hərçənd belə uçuşların yerinə yetirilməsi üçün müəyyən tələblər müəyyən edilir”- deyə baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.