Hökumətin hesabatı - 2023-cü ilin sonuna qədər sərhəddə üz tanıma sisteminin inteqrasiyası layihəsi tam şəkildə fəaliyyətə başlayacaq
2023-cü ilin sonuna qədər sərhəddə üz tanıma sisteminin inteqrasiyası layihəsi tam şəkildə fəaliyyətə başlayacaq – bu barədə hökumətin artıq parlamentə təqdim olunmuş illik hesabatında deyilir.
Sənəddə sərhəddə üz tanıma sisteminin inteqrasiyası layihəsinin bütün sərhəd-keçid məntəqələrində müvafiq texniki və proqram təminatının quraşdırılmasını nəzərdə tutduğu qeyd olunub.
“Sistem axtarışda olan, deportasiya edilən, saxta və ya başqalarının səyahət sənədləri ilə səyahət edən şəxslərin aşkar edilməsi məqsədilə ölkəyə daxil olan/çıxan şəxsləri müəyyən edir. Layihə texniki sınaq mərhələsindədir və lazımi avadanlıqların satın alınması və quraşdırılması mərhələsinə keçəcək. Layihə 2023-cü ilin sonuna kimi tam şəkildə fəaliyyətə başlayacaq, bu da dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi üçün olduqca mühüm addım olacaq”- deyə hesabatda qeyd olunub.
Yuxarıda bəhs olunanlardan başqa, hesabatda sərnişinlərin əvvəlcədən məlumatları və sərnişin adlarının qeydlərinin işlənməsi baxımından tam şəkildə işə salınmış API/PNR sistemindən bəhs edilir.
“Müvafiq bölmə axtarışda olan və ya digər maraqlı şəxslərin Gürcüstana hava yolu ilə giriş-çıxışına 24/7 rejimdə nəzarət edir. Daxili İşlər Nazirliyinin səlahiyyətli əməkdaşlarına qeyd olunan istiqamətdə, o cümlədən beynəlxalq dəstək çərçivəsində treninqlər keçirilib. Həmçinin qeyd etmək lazımdır ki, hesabat dövründə Gürcüstan tərəfindən imzalanmış readmissiya sazişləri çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Şöbəsi tərəfindən 3380 nəfərin readmissiyası ilə bağlı müraciətə baxılıb, onlardan 3363 nəfər barədə müsbət, 17 nəfər barədə isə mənfi qərar qəbul edilib” -deyə hesabatda deyilir.