Hökumətin hesabatı - "Əmək Təhlükəsizliyi haqqında" qanunun qəbul edilməsindən sonra 2018-ci ildən iş yerlərindən baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 41%-lə azalıb
Hökumətin hesabatı - "Əmək Təhlükəsizliyi haqqında" qanunun qəbul edilməsindən sonra 2018-ci ildən iş yerlərindən baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 41%-lə azalıb

 
“Əmək Təhlükəsizliyi haqqında” qanunun qəbul edilməsindən sonra 2018-ci ildən iş yerlərindən baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 41%-lə azalıb- bu barədə hökumətin artıq parlamentə təqdim olunmuş keçən il üçün hesabatında deyilir.

Sənəddə Gürcüstan miqyasında əmək normalarına nəzarət zamanı 1933 obyektdə 3755 yoxlama aparıldığı qeyd olunub. Aparılmış yoxlamalar isə muzdlu işçilərin 13,7 faizini (176 min nəfərə qədər) əhatə edib.

Hökumət tərəfindən verilmiş məlumatda 2022-ci ildə 2021-ci illə müqayisədə aparılan yoxlamaların 144%-lə, yoxlanılan iş yerlərinin sayının isə 132%-lə artdığı deyilir. 2023-cü ilin birinci rübündə həyata keçirilən aktivliklərə gəlincə, hökumətin məlumatına əsasən Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək normalarına nəzarət zamanı ümumilikdə 814 yoxlama aparılıb.