Hökumətin qərarıyla yaşayış binalarında yerləşən obyektlərə stasionar tibb müəssisəsinin icazəsi verilməyəcək
Hökumətin qərarıyla yaşayış binalarında yerləşən obyektlərə stasionar tibb müəssisəsinin icazəsi verilməyəcək

 
Gürcüstanın Səhiyyə Nazirliyi tərəfindən tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə, stasionar müəssisələr üçün yenilənmiş icazə şərtləri təsdiqlənib. Baş nazir İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin bu gün keçirilən iclasında bu məsələ Nazirlər Kabinetinin üzvləri tərəfindən müzakirə edilib.

Yeni icazə şərtlərinə əsasən, yaşayış binalarında yerləşən obyektlərə stasionar tibb müəssisəsi icazəsi verilməyəcək.

“Tibbi fəaliyyətin lisenziyası və stasionar müəssisələr üçün icazələrin verilməsi qaydaları və şərtləri ilə əlaqədar müddəaların təsdiq edilməsi haqqında” Gürcüstan hökumətinin 2010-cu ilin 17 dekabr tarixli 385 saylı qərar layihəsinə dəyişikliklərin daxil edilməsi haqqında məsələlər iclasda müzakirə ediləcək məsələlər arasında olub.

Dəyişikliyin məqsədi pasiyentlərin təhlükəsizliyini təmin etməyə, tibbi stasionar müəssisələrin icazə rejimini təkmilləşdirməyə, tibbi xidmətlərin keyfiyyətini beynəlxalq səviyyədə tanınmış standartlara uyğunlaşdırmağa xidmət edir.

Yeni icazə şərtlərinə əsasən, yaşayış binalarında yerləşən obyektlərə stasionar tibb müəssisəsi icazəsi verilməyəcək; Həmçinin, klinika “cərrahiyyə xidməti” icazə əlavəsinin alınması üçün  fərmanla müəyyən edilmiş şərtlərin yerinə yetirilməsi vəziyyətini yerindəcə öyrənib müvafiq qərar qəbul edəcək Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyinə müraciət etməlidir. Artıq cərrahiyə xidməti göstərən müəssisə öz fəaliyyətini Səhiyyə Nazirliyinin təqdim etdiyi yeni icazə şərtlərinə – 2023-cü ilin sentyabrın 1-dək uyğunlaşdırmağa məcburdur. Həmçinin, cərrahiyyə xidmətləri göstərən tibb işçiləri davamlı tibb təhsili sistemində iştirak etməyə borcludurlar. Cərrahiyyə xidməti üçün hazırlanmış yeni icazə şərtləri beynəlxalq və səhiyyə sahəsində peşəkar assosiasiyaların tövsiyələri nəzərə alınmaqla yenilənib”-deyə Hökumət Administrasiyasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.