Hökumətin qərarıyla təbii fəlakətdən zərər çəkmiş və məcburi köçkün olan 133 ailəyə faktiki olaraq zəbt etdikləri 160 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış sahələri ilə 1 lariyə veriləcək
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib. Baş nazirin mətbuat xidməti Nazirlər Kabinetinin üzvlərinin 18 məsələni müzakirə etdiklərinə dair məlumat yayır.
Hökumətin iclasında təbii fəlakətdən zərər çəkmiş və məcburi köçkün olan 133 ailəyə faktiki olaraq zəbt etdikləri 160 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin içində yerləşən yaşayış sahəsi ilə birlikdə rəmzi qiymətə 1 lariyə veriləcəyi fərman müzakirə edilərək təsdiq edilib. Veriləcək əmlak Xoni, Axmeta, eləcə də Laqodexi, Tsalka, Ninotsminda, Tetritsğaro, Marneuli və Siğnaxi munisipalitetlərində yerləşir.
Hökumətin üzvləri Qardabani Munisipalitetində kombinə edilmiş dövrəli üçüncü istilik elektrik stansiyasının tikintisinin təmin edilməsi ilə bağlı görüləcək tədbirlər haqqında fərmanı da təsdiq ediblər.
Sərəncam əsasında, Qardabani Munisipalitetinin ərazisində yeni 350-430 MVt. gücündə kombinə edilmiş dövrəli, enerjiyə qənaət edən istilik elektrik stansiyasının tikintisi üçün hərrac elan ediləcək və 4 il ərzində Gürcüstanda ən böyük istilik stansiyasını tikib istifadəyə verməli olan investor seçiləcək.
Bu gün hökumət üzvləri həm də Gürcüstanın “Avtomobil nəqliyyatı haqqında” qanununa dəyişiklik edilməsi məsələsini müzakirə ediblər. Qanun layihəsi ölkədaxili müntəzəm sərnişindaşıma islahatı çərçivəsində hazırlanıb.
Qanun layihəsi ölkədaxili müntəzəm sərnişindaşımanın icazə sisteminə daxil edilməsini, beynəlxalq daşıma-yük daşıma prosesini tənzimləyən normaların təkmilləşdirilməsini və şəhərlərarası sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsini təmin edən avtovağzalların sertifikatlaşdırılmasını, rəqabət mühitinin yaradılması və təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, eləcə də müvafiq hüquqi bazanın yaradılmasını nəzərdə tutur. İslahat sərnişindaşıma sahəsində yüksək ixtisaslı, peşəkar və təcrübəli kadrların işlə təmin olunmasına öz töhfəsini verəcək.
Hökumətin iclasında hökumət üzvləri “Yüksək dağlıq yaşayış məntəqələrində sahibkarlıq fəaliyyətinin təşviqi proqramı”nın işə salınması ilə bağlı qərar qəbul ediblər. Proqramın məqsədi bütün ölkə miqyasında, dağlıq bölgələr və yaşayış məntəqələrində sahibkarlıq fəaliyyətini stimullaşdırmaqdır.
Proqram çərçivəsində bir potensial benefisiar üçün müştərək maliyyələşdirmə 30 000 laridən az olmamaqla və 100 000 larini aşmır, hərçənd təqdim olunan layihənin ümumi dəyərinin 50%-ni aşmır.
Gənc sahibkarlara və kənd təsərrüfatı kooperativlərinə mövcud bölgə və yüksək dağlıq qəsəbədə sahibkarlıq fəaliyyətinə başlamalarına maraq göstərmək və həvəsləndirmək məqsədilə əlavə faiz güzəşti müəyyən edilir.
Yüksək dağlıq yaşayış məntəqələrində sahibkarlıq fəaliyyətinin təşviqi üzrə yeni məqsədli proqramın büdcəsi beş milyon lari təşkil edir.