Hökumətin qərarıyla qəbul edilmiş və qaraciyər transplantasiyası əməliyyatının tam maliyyələşdirilməsini nəzərdə tutan proqrama Tbilisi Meriyası da qoşulacaq
Hökumətin qərarıyla qəbul edilmiş və qaraciyər transplantasiyası əməliyyatının tam maliyyələşdirilməsini nəzərdə tutan proqrama Tbilisi Meriyası da qoşulacaq-bu barədə paytaxt meri Kaxa Kaladze açıqlayıb.
Kaladze Tbilisi Meriyasının baş nazir İrakli Ğaribaşvilinin əməliyyatın tam maliyyələşdirilməsi ilə bağlı qərarını təqdirəlayiq olaraq qiymətləndirdiyini bildirib.
“Paytaxtın büdcəsinin bir çox mühüm istiqamətlərdən ibarət olduğunu bilirsiniz, lakin səhiyyə və sosial proqramlar ən vacib istiqamətlərdəndir. Hər il insanlara kömək etmək və xidmətlərimiz tərəfindən dəstək olmaq üçün büdcədən bu istiqamətdə külli miqdarda vəsait xərclənir. İl ərzində bir çox insanın paytaxt meriyasının malik olduğu proqramlar şəklində və müxtəlif əməliyyatları maliyyələşdirilir. Belə mühüm proqramlardan biri də 2018-ci ildə həyata keçirməyə başladığımız qaraciyər transplantasiyası proqramıdır. Proqramın əvvəlində qaraciyər transplantasiyasına ehtiyacı olan vətəndaş müəyyən edilmiş tarifin 50 faizi məbləğində munisipalitet tərəfindən maliyyələşdirilib. Sonradan maliyyəni artırdıq, 10 min lari əlavə etdik və 70 min lari müəyyən edildi. Əgər qaraciyər transplantasiyası əməliyyatı 120 min lariyə başa gəlirdisə, paytaxt meriyası Tbilisidə yaşayanları 70 min lari ilə maliyyələşdirirdi. Eyni proqram Batumidə də həyata keçirilirdi.
Bir neçə gün əvvəl baş nazirin sözügedən proqramın bütün Gürcüstan miqyasında başlaması ilə bağlı qərarını eşitdik, bu təqdirəlayiq addımdır və dövlətdən ayrılan maliyyənin həcmi 100 faiz müəyyən edilib. Bu qərarı təqdirəlayiq addım olaraq görürük və paytaxt meriyası da bu qərara qoşulur. Bu dəyişiklik cari ilin iyulun 1-dən qüvvəyə minəcək. Paytaxt meriyası da bu əməliyyatı tam maliyyələşdirəcək və fikrimcə, maraqlı və vacib proqramdır. Ehtiyacı olanlara tərəfimizdən maksimum dəstək olacaq. Biz də qeyd olunan qərara qoşuluruq və əgər indiyə qədər 120 min laridən 70 min lari maliyyələşdirilirdisə və bu xərcləri munisipalitet öz üzərinə götürürdüsə, qalan vəsaiti birbaşa insanların özləri tapmalı idilər, bu gün bu problem həllini tapmış olacaq və qeyd olunan proqram bizim tərəfimizdən də 100 faiz maliyyələşdiriləcək” – deyə Kaxa Kaladze açıqlayıb.