Hökumətin qərarıyla fındıq istehsalının təşviqi proqramına başlanılır
Hökumətin qərarıyla fındıq istehsalının təşviqi proqramına başlanılır

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin qərarıyla fındıq istehsalının təşviqi proqramına başlanıldığını açıqlayıb. Bu barədə İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bəyanat verib.

Baş nazir proqramın fındığa qayğı/becərilməsi üçün zəruri olan malların dəyərinin subsidiyalaşdırılması yolu ilə fındıq istehsalının təşviqini nəzərdə tutduğunu bildirib.

“Bildiyiniz üzrə, bir çox həmvətənlərimiz bu sektorda, fındıq istehsalı ilə məşğuldur. Təəssüf ki, Asiya mərmər bağacığının mənfi təsiri hələ də davam edir, səhv etmirəmsə, 2017-ci ildə zərərverici həşərat ölkəyə gəlib və bu, fındıq istehsalında çox böyük azalmaya səbəb olub. Bildiyiniz üzrə, bu il də məhsul elə yaxşı olmayıb. Keyfiyyət nisbətən pisləşmiş idi, tələbin azalması da buna əlavə olundu və dünyada baş verən hazırkı iqtisadi böhran səbəbindən qiymətlər aşağı düşüb. Bu səbəbdən, bütün bunları nəzərə alaraq, biz bu sektorda çalışan fermerləri və fiziki şəxsləri həvəsləndirmək və dəstəkləmək, maksimal şəkildə kömək etmək qərarına gəldik” -deyə Ğaribaşvili qeyd edib.

Bununla yanaşı, hökumət başçısı üzüm yığımı haqqında da danışaraq, Kaxeti bölgəsinə təxminən 250 milyon lari daxil olduğunu qeyd edib.

“Proqram fındığa qayğı/becərilməsi üçün zəruri olan malların dəyərinin subsidiyalaşdırılması yolu ilə fındıq istehsalının təşviqini nəzərdə tutur. Birinci mərhələdə bunun üçün təxminən 20 milyon lari ayıracağıq və cənab Otar bu barədə daha sonra sizə ətraflı məlumat verəcək. Biz bu sektorda və xüsusən də Sameqreloda bu təsərrüfatla məşğul olan bütün insanlara maksimal şəkildə kömək etməliyik, bu sektora çoxlu insan qoşulub və üzüm yığımına, üzüm istehsalına və s. kömək etdiyimiz kimi onların maksimal dəstəyə ehtiyacı var. Onu da deyim ki, üzüm yığımı uğurla başa çatdı, Kaxeti bölgəsinə 250 milyon lariyə yaxın vəsait daxil oldu və mən üzüm yığımını uğurla aparmış cənab Otar Şamuqiyaya və bu prosesdə iştirak edən bütün qurumlara təşəkkür etmək istəyirəm”-deyə baş nazir açıqlayıb.