Hökumətin qərarına əsasən, Şida Kartli və Kaxeti bölgəsində kənd təsərrüfatı məhsulunun istehsalının təşviqi proqramı həyata keçiriləcək
Hökumətin qərarına əsasən, Şida Kartli və Kaxeti bölgəsində kənd təsərrüfatı məhsulunun istehsalının təşviqi proqramı həyata keçiriləcək. Bu haqda məlumatı Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.
Onların verdiyi məlumata əsasən, “Gürcüstanın Suvarma və Torpaq Bazarının İnkişafı Layihəsi” çərçivəsində bərpa edilmiş suvarma sistemi ilə torpaq sahəsi su ilə təmin olunan bütün şəxslər proqramdan faydalanacaq.
“Layihənin məqsədi iqliməsaslı ağıllı kənd təsərrüfatı təcrübəsinin tətbiqini təşviq etməkdir; Müvafiq olaraq, proqram çərçivəsində birillik məhsullar üçün müasir suvarma sistemlərinin, aqrometeoroloji stansiyaların, günəş enerjisi ilə işləyən elektrik stansiyalarının və istixanaların təşkili maliyyələşdiriləcək. Proqramı Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin qurumu– Kəndin İnkişafı Agentliyi həyata keçirəcək.
Yeni proqram çərçivəsində bir benefisiarın xərclərinin 40%-ə qədərinin müştərək maliyyələşdirilməsini dövlət təmin edir, ümumi maliyyələşdirmə isə 30 000 (otuz min) laridən çox olmamaqla müəyyən edilir. Qeyd edilməlidir ki, gənc fermerlər və su istifadəçiləri təşkilatlarının üzvləri əlavə faiz müştərək maliyyələşdirmə alacaqlar.
Layihənin həyata keçiriləcəyi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin benefisiarın mülkiyyəti kimi İctimai Reyestrin Milli Agentliyində qeydiyyata alınması və/və ya dövlət/munisipalitet orqanından icarəyə götürülməsi proqramda iştirak üçün zəruri şərtdir.
Qeyd edilməlidir ki, proqram dövlət vəsaiti və Dünya Bankının krediti ilə bərabər şəkildə maliyyələşdirilən “Gürcüstanın Dayanıqlı Kənd Təsərrüfatı, Suvarma və Torpaq Layihəsi”nin tərkib hissəsidir. Bu miqyaslı layihə çərçivəsində analoji proqramlar vasitəsilə sonrakı illərdə də müasirləşdirilmiş suvarma sistemlərinin ərazisində iqliməsaslı metodlardan istifadə etməklə kənd təsərrüfatı məhsulunun istehsalı dəstəklənəcək”- Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd olunur.