Hökumətin qərarına əsasən, oktyabrın 27-si Milli Müəllimlər Günü qeyd olunacaq və əməkdar müəllimlərə isə illik 10 000 lari premiya veriləcək
Gürcüstan hökumətinin qərarına əsasən, oktyabrın 27-si Milli Müəllimlər Günü qeyd olunacaq . Bu barədə qərar Gürcüstan hökumətinin bugünkü iclasında qəbul edilib.
Hökumət Administrasiyasının məlumatında qeyd edildiyi kimi, yeni təşəbbüsə əsasən, müəllimlərin cəmiyyətdəki rolunu vurğulamaq, onlara qiymət vermək və müəllim peşəsinin əhəmiyyətini yüksəltmək məqsədi ilə hər il oktyabrın 27-də Gürcüstanda elmi pedaqogikanın banisi, gürcü müəllim, publisist, uşaq yazıçısı və ictimai xadim İakob Qoqebaşvilinin doğum günündə Milli Müəllimlər Günü qeyd ediləcək.
“Hər il bu tarixdə cəmiyyətin və təhsil sisteminin inkişafında xüsusi xidmətlərinə görə əməkdar müəllimlər milli müəllim premiyası, xüsusi hazırlanmış döş nişanı və 10 000 lari məbləğində pul mükafatı alacaqlar”, – məlumatda deyilir.