Hökumətin qərarına əsasən, maliyyə borcuna görə statusu dayandırılan tələbələrin borcu sıfırlanacaq
Maliyyə borcuna görə statusu dayandırılan tələbələrin borcu sıfırlanacaq – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında danışıb.
Ğaribaşvilinin qeyd etdiyi kimi, 30 minə yaxın tələbənin 40 milyon lari borcu var.
“Tələbələrin oxuması-təhsili bizim üçün, hər kəs üçün vacibdir. Hamını narahat edən bir problemə toxunmaq istərdim. Bu statusu dayandırılan tələbələrin məsələsidir. Bu barədə soruşdum və təhsil nazirindən ətraflı məlumat eşitdim. Təxminən 30,000 tələbənin statusu maliyyə borcuna görə dayandırılıb. Bu səbəbdən mənim qərarımla maliyyə borcuna görə statusu dayandırılmış bütün bu tələbələrin borcları sıfırlanacaq və istədikləri təqdirdə statuslarını bərpa edib, universitetlərdə təhsillərini davam etdirə biləcəklər. Bu, təxminən 40 milyon lari borcdur”-deyə Ğaribaşvili bildirib.