Hökumətin qərarına əsasən, kəskin formada ifadə olunmuş məhdud imkanlı statusuna malik şəxslər və məhdud imkanlı uşaqlar üçün sosial paket 390 lariyə, bütün digər kateqoriyalardan olan məhdud imkanlı şəxslər üçün isə 195 lariyə qədər artırılır
Bu ilin yanvar ayından kəskin formada ifadə olunmuş məhdud imkanlı statusuna malik şəxslər və məhdud imkanlı uşaqlar üçün sosial paket 50 lari artaraq 340 laridən 390 lariyə yüksələcək-deyə Hökumət Administrasiyasının məlumatında qeyd olunur.
“Nazirlər Kabinetinin üzvləri bugünkü hökumət iclasında Gürcüstan hökumətinin “Sosial paketin müəyyən edilməsi haqqında” qərar layihəsini müzakirə ediblər. Dəyişikliyə əsasən, bu ilin yanvar ayından kəskin formada ifadə olunmuş məhdud imkanlı statusuna malik şəxslər və məhdud imkanlı uşaqlar üçün sosial paket 50 lari artaraq 340 laridən 390 lariyə yüksələcək. Bütün digər kateqoriyalardan olan məhdud imkanlı şəxslərin maddi yardımı 20 lari artır, o cümlədən ciddi formada ifadə olunmuş məhdud imkanlı şəxslər üçün sosial paket 175 laridən 195 lariyə yüksəlir. Büdcə təxminən 46 milyon laridir.
Artan sosial paketdən 123 000-ə qədər benefisiar faydalanacaq”- Hökumət Administrasiyasının məlumatında qeyd olunub.