Hökumətin qərarına əsasən, qeyri-standart alma məhsulunun yerləşdirilməsinin təşviqi məqsədilə dövlət proqramı həyata keçiriləcək
Hökumətin qərarına əsasən, qeyri-standart alma məhsulunun yerləşdirilməsinin təşviqi məqsədilə dövlət proqramı həyata keçiriləcək. Məlumatı Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyi yayıb.
Qurumun məlumatına görə, ilkin göstəricilərlə bu il qeyri-standart almanın məhsulu 50 min tondan çox olacaq.
“İstehsal olunan məhsulların yerləşdirilməmiş qalmaması, fermerlərin məhsulu satmaq problemi ilə üzləşməməsi və gəlir əldə etməsi üçün əvvəlki illərdə olduğu kimi bu il də qeyri-standart alma satışının təşviqi üzrə Dövlət Proqramı icra olunacaq.
Dövlət Proqramı çərçivəsində Kənd İnkişaf Agentliyi tərəfindən qeyri-standart almanın hər kq-ı üçün 10 tetri subsidiya verilir.
Proqramın fasiləsiz olaraq həyata keçirilməsi üçün alma məhsulunun yerindəcə təhvil verilməsi prosesini əlaqələndirəcək xüsusi işçi qrupu yaradılacaq. Layihədə iştirak edəcək meyvə emalı müəssisələri koordinasiya qərargahında elektron formada qeydiyyatdan keçməli olacaqlar”, – deyə agentlikdən bildirilib.