Hökumətin qərarı ilə turizm sektorunun 2021-ci ilə olan əmlak vergisi silinəcək
Hökumətin qərarı ilə turizm sektorunun 2021-ci ilə olan əmlak vergisi silinəcək

 

Gürcüstanın turizm sektoru üçün 2021-ci ilin əmlak vergisini siləcəyik – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.

Baş nazirin də qeyd etdiyi kimi, hökumət bu sektordakı problemləri öyrənib və Kovid səbəbiylə bu sektor ən çox zərər çəkdiyi üçün onlar 2021-ci ilin əmlak vergisini ödəməyəcəklər.

“Gürcüstanın turizm sektoru üçün 2021-ci ilin əmlak vergisini siləcəyik. Biz bu sektordakı vəziyyəti, çətinlikləri, bu sektorda yığılan problemləri öyrəndik, təbii ki, “Covid”-dən ən çox bu sektor, o cümlədən mehmanxana və restoran sənayesi də daxil olmaqla, daha çox zərər çəkdi və buna görə də bu sektor 2021-ci ilin əmlak vergisini ödəməyəcək. İqtisadiyyat və maliyyə nazirləri sizə təfərrüatları izah edəcəklər və düşünürəm ki, bu, bəhsi keçən sektor üçün mühüm kömək olacaq” – deyə baş nazir bildirib.