Hökumətin fərmanı əsasında 2025-ci ilədək 13 minə qədər məcburi köçkün ailəsi mənzil alacaq
Hökumətin iclasında müvafiq fərman təsdiqləyəcəyik, belə ki Tbilisidə 2400 məcburi köçkün ailəsi mənzil alacaq, onlar üçün yeni mənzillər tikiləcək, 1700 ailə Zuqdidiyə, 720 ailə isə Kutaisiyə köçürüləcək -bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Baş nazir 2025-ci ilədək 13 minə qədər ailənin yeni yaşayış sahəsi ilə təmin olunacağını bildirir.
“Mənim kreditlə tikinti ilə bağlı yeni təşəbbüsüm çərçivəsində biz bu gün hökumətin iclasında Zurab Azaraşvilinin hazırladığı və məcburi köçkünlər üçün evlərin kreditlə tikintisi ilə bağlı məsələni qaldırırıq. Biz 13 min ailə qarşısında öhdəlik götürmüşük və bu gün hökumətin iclasında müvafiq fərmanı təsdiq edəcəyik, fərman çərçivəsində Tbilisidə 2400 məcburi köçkün ailəsi mənzil alacaq, onlar üçün yeni mənzillər tikiləcək. 1700 ailə Zuqdidiyə, 720 ailə isə Kutaisiyə köçürüləcək. Ümumilikdə 2025-ci ilədək 13 minə qədər ailə yeni yaşayış sahələri, mənzillər və evlər ilə təmin olunacaq. 7 min ailə yeni tikilən binalardan, geridə qalan 6 min ailə isə kənd yerlərində mənzil layihəsi çərçivəsində evlə təmin olunacaq. Məcburi köçkünlərimiz Abxaziyaya və Samaçabloya qayıdana qədər onlara layiqli şərait yaratmaq bizim borcumuzdur, bu bizim məsuliyyətimiz və vəzifəmizdir. Bildiyiniz üzrə, son 10 il ərzində biz minlərlə ailəyə mənzillər, yaşayış evləri vermişik” – deyə baş nazir bildirib.