Hökumətin bugünkü iclasında iki su elektrik stansiyasının inkişafı və təşviqi layihəsi müzakirə edilib
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib. Hökumət administrasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, Nazirlər Kabinetinin üzvləri gündəliyə daxil olan 13 məsələni müzakirə ediblər.
“Müzakirə olunan məsələlər arasında İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin təşəbbüsü ilə iki su elektrik stansiyasının inkişafı və təşviqi layihəsi də olub. Gücü 11,8 MVt olan bu SES-lərdən biri Oni Munisipalitetində, ikinci SES layihəsi isə Çxorotsğu Munisipalitetində həyata keçiriləcək, onun gücü altı meqavata qədərdir.
Hər iki SES-in tikintisinə ümumilikdə 30 milyon ABŞ dollarından çox sərmayə qoyulacaq” – hökumət administrasiyasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.