Hökümətin böhran əleyhinə planında nəzərdə tutulan  sosial yardımların verilməsinə may ayının  sonundan mərhələli şəkildə başlanılacaq
 Hökümətin böhran əleyhinə planında nəzərdə tutulan  sosial yardımların verilməsinə may ayının  sonundan mərhələli şəkildə başlanılacaq

 

Gürcüstanın Baş naziri Qiorqi Qaxaria bu gün  müvafiq qurumların nümayəndələri ilə birlikdə hökumətin böhran əleyhinə planında nəzərdə tutulan maliyyə güzəştlərinin  – sosial yardımların, işsiz  qalmış vətəndaşlar  və özünü işlə təmin etmiş insanlar üçün  təzminatın verilməsi  məsələsini müzakirə edib.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüş  zamanı hökumətin anti-böhran planı ilə nəzərdə tutulan sosial yardımların may ayının sonundan etibarən mərhələli şəkildə veriləcəyinə dair  qərar qəbul olunub.

Hökümətin böhran əleyhinə planına əsasən, sosial cəhətdən həssas olan vətəndaşlar altı ay ərzində dövlətdən əlavə olaraq ,cəmdə  600 lari  yardım alacaqlar. Bundan əlavə, sosial reytinq balı 0 ilə 100.000 arasında olan və 16 yaşınadək üç və ya daha çox uşağı olan ailələrə dövlət 6 ay müddətində cəmdə  600 lari miqdarında yardım göstərəcək. Bu gün Gürcüstanda belə ailələrin sayı 21 mini təşkil edir. Eyni zamanda, ağır əlilliyi olan insanlar və sağlamlıq imkanları məhdud uşaqlar da həmçinin,  altı ay ərzində cəmdə  600 lari  miqdarında dövlət yardımından faydalanacaqlar və bu günə olan göstəricilərə görə, Gürcüstanda 40 min belə vətəndaş var.

Hazırladı-Sevinc Mustafayeva