Hökumət Gürcüstanda yalnız Gürcüstan vətəndaşları üçün surroqatlığa icazə verilməsi təşəbbüsü ilə çıxış edir
Hökumət Gürcüstanda yalnız Gürcüstan vətəndaşları üçün surroqatlığa icazə verilməsi təşəbbüsü ilə çıxış edir

 

Hökumət Gürcüstanda yalnız Gürcüstan vətəndaşları üçün surroqatlığa icazə verilməsi təşəbbüsü ilə çıxış edir-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.

İrakli Ğaribaşvili son illərdə ölkədə bu məsələ ilə bağlı heç bir tənzimləmə olmadığını və onun tənzimləməsiz qoyulmasının narahatlıq doğurduğunu bildirib.

“Fikrimcə, cəmiyyətin böyük bir hissəsini narahat edən məsələ surroqatlıq məsələsidir. Bir müddət əvvəl biz demoqrafik məsələlər üzərində işləyəcək şura yaratdıq. Ortaya çıxan problemli məsələlərdən biri surroqatlıq və bununla bağlı problemlərdir. Əcnəbilərin biznesə çevirdiklərini və son illər bu məsələ ilə bağlı heç bir tənzimləmə olmadığını bilirsiniz. Avropa nümunələrini öyrəndik. Zurab Azaraşvilinin qurumu uzun müddətdir bu mövzu üzərində işləyir. Mən sizə nümunələr çəkmək istəyirəm. Fransa, Almaniya, İspaniya, İsveçrə, İsveç, Finlandiya, İtaliya, Litva, Estoniya kimi inkişaf etmiş ölkələrdə surroqatlıq tamamilə qadağan edilib. Belçika, Birləşmiş Krallıq, Danimarka, Kanada, Avstraliya, Yeni Zelandiya kimi ölkələrdə qismən icazə verilib.

Bununla bağlı müzakirəmiz oldu. Yeni qanun layihəsinə əsasən istəyimiz yalnız Gürcüstan vətəndaşları üçün buna icazə verilməsidir. Yəni xarici ölkə vətəndaş artıq sifariş verə bilməz, kobud demək istəmirəm, lakin sifariş birbaşa yerləşdirilir. Bu, onlayn şəkildə baş verir, çoxlu reklam yayılır və fikrimcə, bu məsələnin tənzimlənməmiş qalması olduqca narahatedicidir. Vətəndaşlarımıza, xanımlara dırnaq arası sərfəli biznes təklif edirlər. Bundan sonra burada doğulan uşağı kimin aparacağını, hansı cütlüyün aparacağını, heç kim bilmir. Eyni cinsli cütlüklərin apara biləcəyi və çoxlu problemlər ola biləcəyi ilə bağlı məlumatlar var. Səhiyyə Nazirliyimiz digər çətinliklərlə də qarşılaşıb, ona görə də bunu nizamlamaq lazımdır. Müvafiq qanun layihəsi parlamentə göndərilib və ümid edirəm ki, parlament bizim bu təşəbbüsümüzü dəstəkləyəcək. Buna yalnız Gürcüstan vətəndaşları üçün icazə veriləcək. Bilirəm ki, övlad sahibi olmaq istəyən çox insan var, buna görə də surroqatlıq üsuluna əl atırlar və təbii ki, buna onlar üçün icazə verilməlidir. Bir tərəfdən, bu, demoqrafiyaya böyük kömək edəcək və ümumiyyətlə, düşünürük ki, biz bu imkanı vətəndaşlarımızın ixtiyarına verməliyik”- deyə İrakli Ğaribaşvili açıqlayıb.