Hökumət Gürcüstanda turizmin bərpası dinamikasının kifayət qədər sürətli templərlə xarakterizə olunduğuna dair məlumat yayır
Hökumət Gürcüstanda turizmin bərpası dinamikasının kifayət qədər sürətli templərlə xarakterizə olunduğuna dair məlumat yayır. Parlamentə təqdim edilən illik hesabatda hökumət 2022-ci ilin göstəricilərilə beynəlxalq səyahətçilərin səfərlərinin sayının 5 426 903 nəfər təşkil etdiyini, bunun da 2019-cu ilin göstəricisinin 58%-lə bərpa edilməsi mənasına gəldiyini qeyd edir.
“Beynəlxalq turistlərin sayı 3 652 949 nəfər təşkil edib, bu da 2019-cu ilin göstəricilərinin 71,9%-lə bərpası və 2021-ci illə müqayisədə +131,6%-lik artım göstəricisidir. Bərpa dinamikası sabit qalmaqda davam edir. 2023-cü ilin birinci rübünün göstəricilərinə əsasən beynəlxalq səyahətçilər tərəfindən edilən səfərlərin sayı 1 208 462-lə müəyyən edilib, bu da 2019-cu ilin göstəricilərinin 74,7%-lə bərpa göstəricisidir. Turistik səfərlər halında isə, sözügedən bərpa göstəricisi 95%-i (845 332 turist səfəri) keçir”- deyə hökumət qeyd edir.
Hökumət tərəfindən verilmiş məlumatda 2023-cü ildə ölkə tarixində ilk dəfə olaraq Gürcüstanın ev sahibi ölkə kimi ən böyük və ən nüfuzlu turizm sərgisində – “ITB Berlin 2023”də ləyaqətlə təmsil olunduğu, bunun da ölkənin turizm istiqaməti və turizm məhsullarını bütün dünyaya tanıtmaq üçün olduqca böyük fürsət olduğu deyilir.
Qeyd etmək lazımdır ki, 160-dan çox ölkədən 5500 iştirakçının iştirak etdiyi sərgi üç illik fasilədən sonra ilk dəfə LIVE formatda keçirilib.