Hökumət fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələrində sənədsiz tikilən yaşayış evlərinə şamil ediləcək tikinti amnistiyası layihəsi üzərində işə başlayır
Hökumət fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələrində sənədsiz tikilən yaşayış evlərinə şamil ediləcək tikinti amnistiyası layihəsi üzərində işə başlayır

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib.

Nazirlər Kabinetinin üzvləri gündəlikdə nəzərdə tutulmuş 9 məsələni müzakirə ediblər.

Hökumətin mətbuat xidmətindən verilmiş məlumatda iclasda hökumət başçısının ədliyyə nazirinə fiziki şəxslərin mülkiyyətində olan torpaq sahəsində tikinti sənədi olmadan inşa edilmiş fərdi yaşayış evlərinə şamil ediləcək tikinti amnistiyası layihəsi üzərində işləməyi tapşırdığı deyilir.

“Dəyişikliklə bağlı müzakirə aparılarkən vurğulanıb ki, bu qərarla bir tərəfdən gələcəkdə qanunsuz ev tikilməsi praktikası aradan qaldırılacaq, digər tərəfdən kənd yerlərində və ya şəhərlərdə fərdi yaşayış evi olan və tikinti sənədi verilməmiş vətəndaşlar mürəkkəb və bahalı leqallaşdırma prosedurundan keçmək məcburiyyətində qalmayacaqlar. Amnistiya bir milyona qədər vətəndaşa şamil ediləcək. Rati Breqadze layihəni ən qısa zamanda hökumətin iclasında təqdim edəcək”-deyə Gürcüstan hökumətinin məlumatında deyilir.