Hökumət fərmanına əsasən, 198 məcburi köçkünə simvolik qiymətə torpaq sahələrinin mülkiyyəti verildi
Hökumət Administrasiyasında Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumət iclası keçirildi. Nazirlər Kabineti gündəmə daxil olan yeddi məsələni müzakirə etdi.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, hökumət 198 daşınmaz əmlakın pulsuz təhvil verilməsi şəklində özəlləşdirmə haqqında sərəncam təsdiqlədi və buna əsasən 198 məcburi köçkünə faktiki mülkiyyətində olan 198 torpaq sahəsi simvolik qiymətə, bir lariyə verildi.
Bu torpaq sahələri Qori və Kareli bələdiyyələrində yerləşir və onların əsl sahibləri kompakt məcburi köçkün məntəqəsində yaşayan məcburi köçkünlərdir.
Baş nazirin qeyd etdiyi kimi, məcburi köçkünləri dəstəkləmək, onların yaşayış şəraitini yaxşılaşdırmaq Gürcüstan Hökumətinin vacib prioritetlərindən biridir, bu proses bütün Gürcüstanda fəal şəkildə davam edir və 2012 -ci ildən bəri dövlətd tərəfindən minlərlə məcburi köçkün ailəsi mənzillərlə təmin olunub.