Hökumət ətraf mühitə vurulmuş ziyana görə pul təzminatı qaydasını təsdiq edib
Gürcüstan hökumətinin bugünkü iclasında Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşəbbüsü qaldırılmış “Ətraf mühitə vurulmuş ziyana görə pul təzminatı qaydalarının təsdiq edilməsi haqqında texniki reqlament” layihəsi qəbul edilib.
Ətraf Mühitin Mühafizəsi Nazirliyindən verilən məlumata görə, layihə Gürcüstanın “Ətraf mühitin mühafizəsi məsuliyyəti haqqında ” qanununa müvafiq olaraq hazırlanıb və onun məqsədi ətraf mühitə vurulmuş zərərin səviyyəsinin qanunla müəyyən edilmiş önəmli zərərin meyarlarına uyğun gəlməməsi halında ətraf mühitə vurulmuş zərərin hesablanması qaydalarını və vurulmuş ziyana görə pul təzminatı qaydasını müəyyən etməkdir.
“Hökumətin sərəncamına əsasən, müəyyən hallarda ətraf mühitə vurulmuş ziyanın hesablanması qaydaları sərtləşdirilir. Konkret olaraq desək, meşə ehtiyatlarının, bəzi faydalı qazıntı növləri, eləcə də heyvanlar aləminə aid növlərdən (Şah qartal, Leşcil ağ kərkəs, Bığlı qızılquş, Qafqaz uları və s.) qanunsuz istifadə zamanı ətraf mühitə dəymiş zərərin hesablanması qaydaları sərtləşdirilib , eləcə də Gürcüstanın Meşə Məcəlləsinə uyğun olaraq terminlərə düzəliş edilib”-deyə Ətraf Mühitin Mühafizəsi Nazirliyinin məlumatında deyilir.