Hökumət Asiya İnkişaf Bankının illik toplantısına hazırlıq məsələlərini müzakirə edib
Gürcüstan hökuməti mayın 2-5-də Tbilisidə keçiriləcək Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısına hazırlıq məsələlərini müzakirə edib.
Tədbirin təşkili məqsədilə yaradılmış hökumət komissiyasının Hökumət Administrasiyasında keçirilən iclasında AİB-in 57-ci illik iclasının uğurla keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, genişmiqyaslı foruma ev sahibliyi etmək Gürcüstanın investisiya və turizm imkanlarının təqdimatına töhfə verəcək.
Hökumət üzvləri plana uyğun olaraq aparılan hazırlıq işlərinin gedişini müzakirə ediblər.
AİB-in illik toplantısında 68 ölkədən 4000-ə qədər nümayəndə iştirak edəcək.
Məlumatı Gürcüstan Hökumətinin Administrasiyası yayır.