Hökumət Administrasiyasının binasında və Gürcüstanın bütün ərazisində dövlət bayraqları endirilib
Gürcüstanın Baş nazirinin qərarı ilə 2023-cü ilin avqustun 3-də Oni Munisipalitetində, Şovi kurortunda baş vermiş təbii fəlakət nəticəsində həlak olanların xatirəsinə avqustun 7-si matəm günü elan edilib.
Matəm günü ilə əlaqədar Hökumət Administrasiyasının binasında və Gürcüstanın bütün ərazisində dövlət bayraqları endirilib.
Bundan əlavə, Hökumət Administrasiyasında Rusiya Federasiyası tərəfindən Gürcüstanın Abxaziya və Sxinvali bölgələrinin qanunsuz işğalı məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı hərbi müdaxilə nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq avqustun 8-i saat 00:00-dan avqustun 9-u saat 00:00-dək dövlət bayraqlarının endiriləcəyini qeyd edirlər.