Hökumət Administrasiyasında İrakli Ğaribaşvili ilə Ceyms Appaturay arasında görüş keçirildi
Hökumət Administrasiyasında İrakli Ğaribaşvili ilə Ceyms Appaturay arasında görüş keçirildi

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili , NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Appaturayla görüşdü.

İrakli Ğaribaşvili, Ceyms Appaturaya Gürcüstanın NATO-ya inteqrasiya prosesindəki səylərinə , Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə təşəkkür etdi.

Görüşdə tərəflər sentyabr ayında keçirilməsi planlaşdırılan NATO Hərbi Komitəsinin səfərinin, eləcə də Gürcüstan Müdafiə Qüvvələrinin uyğunluğunun gücləndirilməsində NATO-Gürcüstan birgə təlimlərinin rolunu vurğulayıblar. Baş nazirin sözlərinə görə, qlobal pandemiyaya baxmayaraq, NATO-Gürcüstan əməkdaşlığı və inteqrasiya prosesində müsbət dinamikanı qorumaq lazımdır.

Söhbət Gürcüstanın baş nazirinin aktiv vasitəçiliyi və ABŞ-ın iştirakı ilə Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmadan da düşüb. Appaturay uğurlu vasitəçiliyə görə Ğaribaşviliyə təşəkkür edib, vasitəçilik nəticəsində 15 Ermənistan vətəndaşı sərbəst buraxılmış və minalanmış ərazilərin xəritələri Azərbaycan tərəfinə təhvil verilmişdi.

Görüşlərdə NATO-nun Brüssel Sammitində verilən qərarlar da müzakirə edildi. Baş nazir qeyd etdi ki, Gürcüstan hökuməti müttəfiqlərin sammitin komunikesində əks olunan birmənalı mesajlarını yüksək qiymətləndirir. Hökümət başçısı Brüssel sammitinin qərarlarının Gürcüstanın ittifaqa üzvlüyü yolunda irəliləməsi üçün zəmin yaradacağına ümid etdiyini bildirib.

NATO-Gürcüstanın yenilənmiş mövcud paketinin bu müddətdə vacib vasitə olduğu və inkişaf üçün yeni əməkdaşlıq imkanları təqdim etdiyi, qeyd olundu,bunun hazırlanmasında göstərdiyi dəstəyə görə baş nazir Ceyms Appaturaya təşəkkürünü bildirdi.

Söhbət əsnasında Gürcüstanın işğal olunmuş ərazilərindəki çağırışlar və ağır humanitar vəziyyət müzakirə edildi. İrakli Ğaribaşvili xüsusilə Zaza Qaxeladzenin və qanunsuz olaraq həbsdə olan bütün Gürcüstan vətəndaşlarının dərhal sərbəst buraxılmasını təmin etmək üçün beynəlxalq birliyin dəstəyinə ehtiyac olduğunu vurğuladı. Söhbət Gürcüstan hökumətinin münaqişəni sülh yolu ilə həll etmək səylərinə yönəldi. Cenevrə Beynəlxalq Müzakirələri çərçivəsində mühüm məsələlərdə nəzərəçarpacaq nəticələrin əldə edilməsinin zəruriliyi də vurğulandı.

Görüşdə Qara dəniz təhlükəsizliyinin əhəmiyyəti müzakirə edildi. Qara dənizin təhlükəsizliyinin təmin edilməsində fəal NATO-Gürcüstan əməkdaşlığının rolu qeyd edildi.

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Gürcüstanın Əfqanıstandakı Sıx Tərəfdaşlıq Missiyasında fəal iştirakına görə baş nazirə təşəkkür etdi və Gürcüstan hərbçilərinin yüksək peşəkarlığını vurğuladı. Hökumət başçısı NATO-nun Əfqanıstandan çəkilmə qərarına uyğun olaraq, Gürcüstanın strateji tərəfdaşı – ABŞ və NATO ilə sıx koordinasiya ilə , gürcü qoşunlarının Əfqanıstandan çəkilməsini başa çatdırdığını qeyd etdi.

Hökümət Administrasiyasında keçirilən iclasda NATO-nun Gürcüstandakı Əlaqələndirici  Ofisinin rəhbəri Rozaria Puqlis və Gürcüstanın NATO-dakı nümayəndəliyinin rəhbəri Viktor Dolidze iştirak ediblər.

Məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayır.