Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumət administrasiyasında iqtisadi şuranın iclası keçirilib.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata əsasən, şura üzvləri 2024-cü ilin büdcə layihəsinin yenidən işlənmiş variantında nəzərdə tutulan prioritet istiqamətləri müzakirə ediblər.
“Şura üzvləri maliyyə naziri Laşa Xutsişvilidən
büdcə prioritetləri haqqında məlumatı dinləyiblər. Qeyd edilib ki, 2024-cü ilin büdcəsində sosial müdafiə proqramlarının maliyyələşdirilməsi, müəllim və dövlət sektorunda çalışan işçilərin əmək haqqı artırılır, həmçinin iqtisadi artımın təşviqi üçün mühüm maliyyə vəsaitləri nəzərdə tutulub.
İclasda şura üzvləri cari ilin doqquz ayının iqtisadi tendensiyalarını, büdcənin icrasının nəticələrinin və 2024-cü il üçün yeni layihələr və iqtisadi təşəbbüsləri də müzakirə ediblər”- deyə baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.