Hökumət Administrasiyası tərəfindən verilən məlumatda İrakli Ğaribaşvilinin Birləşmiş Millətlər Təşkilatının 77-ci sessiyasının ümumi debatlarında ABŞ prezidentinin çıxışında iştirak etdiyi deyilir
Hökumət Administrasiyası tərəfindən verilən məlumatda İrakli Ğaribaşvilinin Birləşmiş Millətlər Təşkilatının 77-ci sessiyasının ümumi debatlarında ABŞ prezidentinin çıxışında iştirak etdiyi deyilir

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Birləşmiş Millətlər Təşkilatının 77-ci sessiyasının ümumi debatlarında Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Baydenin çıxışında iştirak edib. Məlumatı Hökumət Administrasiyası yayır.

Administrasiyadan verilən məlumatda hökumət başçısının Cozef Baydenin çıxışında nümayəndə heyəti ilə birlikdə olduğu deyilir.

BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi debatları sentyabrın 21-də açılıb.

Gürcüstan hökumətinin başçısı sentyabrın 22-də Baş Assambleyanın 77-ci sessiyasının iştirakçıları qarşısında çıxış edəcək.

Baş nazir İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin tərkibinə xarici işlər naziri İlia Darçiaşvili, təhsil və elm naziri Mixeil Çxenkeli və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.