Hökumət Administrasiyası - prezidentin son bir ildə diplomatik missiyalar və beynəlxalq təşkilatlara irəli sürülmüş bütün namizədlərin təyinatını guya imzalamasına dair məlumat real mənzərəni əks etdirmir
Prezidentin son bir ildə diplomatik missiyalar və beynəlxalq təşkilatlara irəli sürülmüş bütün namizədlərin təyinatını guya imzalamasına dair məlumat real mənzərəni əks etdirmir-bu barədə Hökumət Administrasiyasının bəyanatında deyilir.
” Bu gün mətbuat vasitələrindən biri Gürcüstan prezident administrasiyasına istinadən, prezidentin son bir il ərzində diplomatik missiyalara və beynəlxalq təşkilatlara irəli sürülmüş bütün namizədlərin təyinatını imzalamasına dair məlumat yayıb.
Təəssüf ki, yayılan məlumatlar real mənzərəni əks etdirmir. Bir daha qeyd etmək istərdik ki, Gürcüstan hökuməti tərəfindən səfir/missiya rəhbərliyi vəzifəsinə təyin olunmaq üçün irəli sürülən namizədlər məsələsi prezident tərəfindən dəfələrlə rədd edilib və ya cavabsız qalıb.
Buradaca, vurğulamaq lazımdır ki, Gürcüstan Konstitusiyası hökumətə xarici siyasəti aparmaq üçün müstəsna hüquq verir ki, bu hüquqa səfirlərin və missiyalara daimi nümayəndələrin təyin edilməsi məsələsi də daxildir.
Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərinə səfirlərin vaxtında təyin olunması və davamlılıq prinsipinin təmin olunması çox vacibdir. Təəssüf ki, bəhsi keçən çağırış fonunda bu real problemdir və vaxtında həll tələb edir. Bu məsələnin bu gün də aktual olmasını və diplomatik nümayəndəliklərin düzgün fəaliyyət göstərməsində çətinliklərin olduğunu nəzərə alarsaq, Gürcüstan hökuməti açıq-aydın olan hüquqi reaksiyaya müvafiq hərəkət edəcək” -deyə Hökumət Administrasiyasının bəyanatında deyilir.