Hökumət Administrasiyası - İrakli Kobaxidze ilə Piter Fişer arasında keçirilən görüşdə Gürcüstanın Baş nazirinin yaxın vaxtlarda Almaniyaya planlaşdırılan səfərinin vacib olduğu qeyd edilib
Hökumət Administrasiyası - İrakli Kobaxidze ilə Piter Fişer arasında keçirilən görüşdə Gürcüstanın Baş nazirinin yaxın vaxtlarda Almaniyaya planlaşdırılan səfərinin vacib olduğu qeyd edilib

 
Gürcüstanın Baş naziri və Almaniyanın fövqəladə və səlahiyyətli səfiri Piter Fişer bu gün Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstan və Almaniya arasında mövcud tərəfdaşlıq və ikitərəfli münasibətlərin müsbət dinamikasından danışıblar.

Gürcüstanın Hökumət Administrasiyasının mətbuat xidmətinin yaydığı məlumatda, görüşdə Gürcüstanın Avropa İttifaqına inteqrasiya yolunda əldə etdiyi tərəqqinin müzakirə edildiyi deyilir. Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsi prosesində Almaniyanın mühüm siyasi dəstəyi vurğulanıb. Baş nazir Gürcüstan hökumətinin Avropa dəyərlərinə sadiqliyini bir daha təsdiqləyib.

Qeyd olunub ki, Gürcüstanın Baş nazirinin yaxın vaxtlarda Almaniya Federativ Respublikasına planlaşdırılan səfəri ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və müxtəlif sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İrakli Kobaxidze Almaniyanın Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və tanınmama siyasətinə verdiyi güclü dəstəyə görə diplomata təşəkkür edib.