Hökumət Administrasiyası - İrakli Ğaribaşvilinin qərarına əsasən, humanitar yardım göstərmək məqsədilə Ukraynaya generatorlar göndəriləcək
Gürcüstanın Baş nazirinin qərarına əsasən, Ukrayna xalqına humanitar yardım göstərmək məqsədilə generatorlar satın alınacaq.
Qeyd olunan məsələnin qısa müddətdə yerinə yetirilməsi İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə tapşırılıb.
Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidzenin qeyd etdiyi kimi, Gürcüstan hökuməti müharibə başladığı gündən öz imkanları çərçivəsində ukraynalı dostlarını heç vaxt diqqətdən kənarda qoymayıb.
“Bildiyiniz kimi, Gürcüstan hökuməti müharibənin başladığı gündən öz imkanları çərçivəsində heç vaxt ukraynalı dostlarımızı, Ukrayna əhalisini diqqətdən kənarda qoymayıb, onlara hərtərəfli kömək üçün əlindən gələni edirdi. Bu dövlətə humanitar yardım edən ölkələr arasında Gürcüstanın birinci yerdə qalması bunun sübutudur. Dövlətin bu gün də davam etdirdiyi dəstəyi mütləq qeyd etmək istərdim. Hazırda Gürcüstan ərazisində yaşayan 26 min Ukrayna vətəndaşı müvafiq maliyyə dəstəyi ilə yanaşı, təhsil və tibb sahəsində də müvafiq dəstək alır. Hazırda Gürcüstanın müxtəlif məktəblərində 2345 gənc, o cümlədən 1565 nəfər ukrayna dilində təhsil alır, bununla yanaşı müxtəlif tibb müəssisələrində referal proqramlar çərçivəsində 900-dən çox insana tibbi yardım göstərilib. Dekabrın 1-nə olan göstəricilərə əsasən dövlət tərəfindən Ukrayna vətəndaşlarına göstərilən təxmini dəstək 32 milyon lari təşkil edir. Dəstəyimiz heç vaxt dayanmayıb və Gürcüstanın müxtəlif qurumlarına, o cümlədən Hökumət Administrasiyasına daxil olan müxtəlif təkliflərin guya nəzərə alınmamasının səbəb olduğu ajiotaj anlaşılmazdır. Biz bütün bu təklifləri hərtərəfli öyrənirik və Baş nazirin tapşırığı əsasında, konkret olaraq generatorlarla bağlı qərarla İqtisadiyyat Nazirliyi xətti ilə müvafiq satınalma həyata keçiriləcək və müvafiq dəstək və ukraynalı dostlarımızın tələb etdiyi avadanlıqlar göndəriləcək” –deyə Revaz Cavelidze açıqlayıb.
Məlumatı Hökumət Administrasiyası yayır.