Hökumət Administrasiyası - Gürcüstan hökuməti Moskvada baş vermiş və onlarla günahsız insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktını pisləyir, rus xalqına başsağlığı veririk
Gürcüstan hökuməti Moskvada baş vermiş və onlarla günahsız insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktını pisləyir -bu haqda Gürcüstan Hökumətinin Administrasiyasının yaydığı bəyanatda qeyd olunub.
“Rus xalqına başsağlığı veririk. Həlak olan insanların ailələrinə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzulayırıq” – deyə bəyanatda deyilir.
Bir neçə silahlı şəxs Moskvada “Crocus City Hall”a gecə basqın edərək, konsertə gələn tamaşaçılara atəş açıb. Son məlumatlara görə, hücumda həlak olanların sayı 60-ı keçib. Rusiya Xarici İşlər Nazirliyi “Crocus City Hall”a hücumu terror aktı kimi qiymətləndirib.