Hökumət 27 şirkətin qalib gəldiyi elektrik enerjisi istehsalı güclərinin birinci hərracının nəticələrini təsdiqləyib
Hökumət 27 şirkətin qalib gəldiyi elektrik enerjisi istehsalı güclərinin birinci hərracının nəticələrini təsdiqləyib – bu barədə Hökumət Administrasiyasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Verilmiş məlumatda ən qısa müddətdə şirkətlərlə texniki-iqtisadi tədqiqat mərhələsi üçün müqavilələr imzalanacağı deyilir. 27 layihədən 10-u günəş, 2-si külək, 15-i isə su elektrik stansiyalarıdır.
“İqtisadiyyat Nazirliyinin elan etdiyi və bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı üzrə güclərin hərracına 78 müraciət daxil olub.
Bildirilib ki, hərraca investor marağı çox yüksək olub, çünki birinci hərracda elan edilmiş 300 MVt güc üzrə 900 MVt-dan çox gücü olan müraciətlər təqdim edilib.
Gürcüstanın İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət və Özəl Əməkdaşlıq Agentliyinin və Dövlət Elektrik Sisteminin nümayəndələrinin daxil olduğu hərrac komissiyası maraqlanan şəxslər tərəfindən təqdim olunmuş sənədləri, texniki-iqtisadi araşdırmaları, materialları və müraciətləri araşdırıb və öyrənib”-deyə məlumatda deyilir.
Administrasiyanın mətbuat xidmətinin məlumatında deyildiyi kimi, hökumətin bu gün keçirilən iclasında məsələnin müzakirəsi zamanı bərpa olunan mənbələrdən enerjinin istehsalına və istifadəsinə dəstək sxeminin çox uğurla həyata keçirildiyi vurğulanıb, bu da hərracın nəticələri ilə təsdiqlənir və bu, son nəticədə enerji sektoruna iki milyard dollardan çox investisiya qoymaq imkanları yaradacaq.
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib. Nazirlər Kabinetinin üzvləri gündəliyə daxil olan 12 məsələni müzakirə ediblər.