Hizer Nauert - ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir, Əsəd rejiminin qərarı heçnəyi dəyişməyəcək
Əsəd rejimi tərəfindən Abxaziyanın və “Cənubi Osetiyanın” “müstəqil” dövlətlər olaraq, tanınması yanlış bir qərardır və heçnəyi dəyişməyəcək” – bu bəyanatı ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Nauert verdi.
“Əsəd rejiminin Gürcüstanın işğal altında olan ərazilərinin müstəqil dövlətlər olaraq, tanınması əslində gözlənilməz bir qərar deyil, çünki Bəşər Əsəd Rusiyanın qərarları ilə hərəkət edir. İşğal altında olan Abxaziya və Osetiya Gürcüstanın ayrılmaz hissəsidir və ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyə davam edir. Əsəd rejiminin qərarə isə, heçnəyi dəyişməyəcək” – dedi Hizer Nauert.
Xatırladaq ki, dünən Suriyə Gürcüstanın işğal altında olan regionları Abxaziya və Cənubi Osetiyayı “müstəqil” dövlətlər olaraq tanıdı.