"Hizbullah"ın lideri Kiprə xəbərdarlıq edir
"Hizbullah"ın lideri Kiprə xəbərdarlıq edir

 
“Hizbullah”ın lideri Kipri ​​hədələyir. Livan qruplaşmasının lideri Həsən Nəsrullahın sözlərinə görə, İsraillə Livan arasında müharibə başlasa və Kipr öz hava limanlarını açıb İsrail qüvvələrinə bazalar təklif etsə, o zaman “bu müharibənin bir hissəsi olacaq”.

Nəsrullah İsrailə də xəbərdarlıq edib.

“Düşmən bilir ki, onun ölkəsində bizim raketlərimizdən müdafiə olunacaqları təhlükəsiz yer yoxdur. Hər şey məqsədyönlü şəkildə hədəfə alınacaq”- Həsən Nəsrullah bildirib.

“Hizbullah”ın təhdidlərinə cavab olaraq Kiprin Prezidenti Nikos Kristodulides ölkənin “münaqişədə heç bir şəkildə iştirak etmədiyini” bildirib.

“Kipr Respublikası problemin bir hissəsi deyil. O, həllin bir hissəsidir. Bizim rolumuz təkcə ərəb dünyası deyil, həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınan humanitar dəhliz yaratmaqdır” – Kiprin Prezidenti açıqlayıb.