“Hizbullah” lideri Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib

16:48, 04.10.2024

“Hizbullah” lideri Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib. “Teleqraf” xəbər verir ki, bu qərar dəfn mərasiminin İsrail üçün yeni hədəfə çevrilməyəcəyindən qorxduğu üçün verilib.

“Həssan Nəsrullah, şərait bizə açıq dəfn mərasimi keçirməyə imkan verənə qədər müvəqqəti dəfn edilib”. – deyə qrup üzvlərindən biri “Teleqraf”la söhbətində bildirib.

Məlumat üçün bildirək ki, Həsən Nəsrullah sentyabrın 27-də İsrailin Beyrutun cənub bölgəsinə endirdiyi hava zərbəsi zamanı öldürülüb.

Oxşar