“Hizbullah” İsrailin Təl-Əviv şəhəri istiqamətində raketlər atıb, təhlükə səbəbindən ətraf şəhərlərdə də həyəcan siqnalları işə düşüb.

13:29, 23.10.2024

“Hizbullah” İsrailin Təl-Əviv şəhəri istiqamətində raket zərbələri endirib. İsrail Müdafiə Qüvvələri hava hücumundan müdafiə sisteminin Livandan atılan iki uzaqmənzilli raketi uğurla zərərsizləşdirdiyini bildirib.

Raketlərin dağıntılarının müəyyən qədər ziyan vurduğu bildirilir. İsrail mediası yazır ki, Livandan Hayfa şəhəri istiqamətində 25 raket atılıb, onların əksəriyyəti hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib. Qalan raketlərin partlamasının nəticələri müəyyənləşdirilir.

Eyni zamanda, “Hizbullah”ın yaydığı bəyanatda Tel-Əvivin kənarında yerləşən Gillot hərbi kəşfiyyat bazasına raket hücumu həyata keçirildiyi qeyd edilir.

Hizbullahın açıqlamasına görə, hücum həm də İsrail hərbçilərinin toplaşdığı Manara qəsəbəsində, eləcə də Kiryat Şmona şəhərində həyata keçirilib.

Oxşar