"Hizbullah" İsrailin sərhəd şəhəri Kiriat Şmonanı bombalayıb
"Hizbullah" İsrailin sərhəd şəhəri Kiriat Şmonanı bombalayıb

 
Livanın “Hizbullah” qruplaşması İsrailin sərhəd şəhəri Kiriat Şmonanı bombalayıb. Yayılmış məlumata əsasən, mərmilər yaşayış bölgəsinə düşüb.

Livandan İsrailin şimal ərazisi raketlərlə bombalanıb və bu, meşə sahəsində genişmiqyaslı yanğına səbəb olub. Bəzi evlərə od düşməsi haqda məlumat yayılır.

İsrail hakimiyyəti tərəfindən sərhəd rayonlarında yaşayan əhali bir neçə ay əvvəl çıxarılıb. Yanğınsöndürmə qrupları tərəfindən yanğının söndürülməsinə 9 saat lazım olub. Yanğın təxminən dörd min kvadrat kilometr ərazini məhv edib. Livandan açılan atəşə cavab olaraq İsrailin hərbi aviasiyası Livan ərazisini bombalayıb.