“Hizbullah” İsrailə qarşı müharibənin yeni mərhələsinə başladıqlarını və əsgərlərə qarşı yüksək dəqiqlikli raketlərdən istifadə etdiklərini bəyan edir
“Hizbullah” İsrailə qarşı müharibənin yeni mərhələsinə başladıqlarını və əsgərlərə qarşı yüksək dəqiqlikli raketlərdən istifadə etdiklərini bəyan edir.
“Hizbullah”ın yaydığı bəyanatda “İsrail düşməni ilə qarşıdurmada yeni və kəskinləşən mərhələyə daxil olduqları” və “ilk dəfə yüksək dəqiqlikli raketlərdən istifadə edəcəkləri” qeyd edilir.
Məlumat üçün bildirək ki, HƏMAS lideri Yəhya Sinvar bu gün Rəfahda İsrail hərbçiləri tərəfindən öldürülüb. İsrailin xarici işlər naziri İsrael Katsın qeyd etdiyi kimi, onun öldürülməsi İsrail üçün böyük hərbi və mənəvi nailiyyətdir.
Yəhya Sinvar Tehranda sələfi İsmayıl Haniyənin öldürülməsindən sonra HƏMAS qruplaşmasının lideri elan edilib. Bundan əvvəl o, Qəzza zolağında HƏMAS qruplaşmasının rəhbəri olub. Sinvari İsrailin axtarılanlar siyahısında birinci yerdə idi. Ölkənin xüsusi xidmət orqanları onun 2023-cü il oktyabrın 7-də İsrail yaşayış məntəqələrinə hücumun təşkilatçısı olduğuna inanırdılar. Sinvar 1962-ci ildə Qəzzanın cənubundakı Xan Yunis qaçqın düşərgəsində anadan olub. O, həyatının çox hissəsini İsrail həbsxanasında keçirib. 1988-ci ildə o, ömürlük həbs cəzasına məhkum edilib. Yəhya Sinvar İsrailin 2011-ci ildə Həmas tərəfindən əsir götürdüyü İsrail əsgəri Gilad Şalitlə dəyişdirdiyi 1027 fələstinli məhbus arasında idi.