“Hizbullah” Həsən Nəsrullahın ölümünü təsdiqləyib
Livanın “Hizbullah” şiə qruplaşması Həsən Nəsrullahın ölümünü təsdiqləyib.
Hizbullahın yaydığı bəyanatda qeyd edilir ki, qruplaşma İsrailə qarşı mübarizəni davam etdirəcək, Qəzza və Fələstinə dəstək verəcək, Livan xalqını qoruyacaq.
Həsən Nəsrullahın məhv edilməsi ilə bağlı məlumatı İsrail Müdafiə Qüvvələri yayıb. Onların sözlərinə görə, hücum nəticəsində Nəsrullahdan başqa, cənub cəbhəsinin komandiri də daxil olmaqla, “Hizbullah”ın digər üzvləri də məhv edilib.
Məlumat üçün bildirək ki, ötən gecə İsrail Hizbullahın mərkəzi qərargahına hücum edib. İsrail ordusu qruplaşmanın qərargahının Beyrutun cənubundakı Dahiyə ətrafında yaşayış binalarının altında olduğunu bildirir.