“Hizbullah” qruplaşması İsrail istiqamətində 320 raket atıb
“Hizbullah” qruplaşması İsrail istiqamətində 320 raket atıb

“Hizbullah” qruplaşması İsrail istiqamətində 320 raket atıb. Qrupun yaydığı bəyanatda qeyd edildiyi kimi, raketlərin hədəfi İsrailin şimalında yerləşən 11 hərbi baza olub.

Hizbullah deyir ki, bu hücum qruplaşmanın hərbi komandiri Fuad Şükrinin iyulun 30-da öldürülməsinə cavab olaraq hücumun ilk mərhələsidir.

Digər tərəfdən İsrail Livan ərazisinə qabaqlayıcı zərbələr endirdiyini açıqlayıb. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, hədəflər “Hizbullah”ın İsrailə zərbələr endirdiyi yerlər olub.

İsrailin müdafiə nazirinin sözlərinə görə, yaxın 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edilib. Hakimiyyət “Hizbullah”ın hücumunun hələ də gözlənildiyini bildirir. Bu dəqiqələrdə İsrail Nazirlər Kabinetinin növbədənkənar iclası keçirilir.