Hindistanın şərqində həddindən artıq yüksək temperatur nəticəsində azı 24 nəfər ölüb
Hindistanın şərqində həddindən artıq yüksək temperatur nəticəsində azı 24 nəfər ölüb

Hindistanın şərqindəki Bihar və Odişa ştatlarında həddindən artıq yüksək temperatur nəticəsində azı 24 nəfər ölüb. Məlumatı “Reuters” yayıb.

Hindistanın paytaxtı Yeni Dehlidə ölkə tarixində ən yüksək temperatur 52,9 dərəcə ilə qeydə alınıb. Hindistan Meteorologiya Xidmətinin məlumatına görə, yüksək temperaturun yaxın iki gün ərzində də davam edəcəyi ehtimalı var.

Hindistanın qonşusu Pakistanda da yüksək temperatur qeydə alınıb və burada havanın temperaturu 52,2 dərəcəyə çatıb. Cənubdakı Sind əyalətində isti dalğası qeydə alınıb.