Hindistanın parlament seçkilərində baş nazir Narendra Modinin alyansı qalib gəlib
Hindistanın parlament seçkilərində baş nazir Narendra Modinin alyansı qalib gəlib

 
Hindistanın parlament seçkilərində baş nazir Narendra Modinin alyansı qalib gəlib.

“Milli Demokratik Alyans” seçicilərin 38%-nin səsi ilə 543 yerlik parlamentdə 280 mandata malikdir. 73 yaşlı Narendra Modi üçüncü müddətə ölkəyə rəhbərlik edəcək.

Bununla yanaşı, medianın yazdığı üzrə, “Milli Demokratik Alyans”ın liderinin 400 mandatın qazanılması ilə bağlı gözləntiləri özünü doğrultmayıb.

Hindistanda ümumi seçkilər aprelin 19-dan iyunun 1-dək olan dövrdə keçirilirdi. Seçici fəallığı 70 faiz təşkil edib. 968 milyon insan öz seçimini qeyd edib.