Hindistanın ən böyük aviaşirkəti Dehli-Tbilisi istiqamətində uçuşlar planlaşdırır
Hindistanın ən böyük aviaşirkəti Dehli-Tbilisi istiqamətində uçuşlar planlaşdırır

 

Hindistanın ən böyük aviaşirkəti Dehli-Tbilisi istiqamətində uçuşlara başlamağı planlaşdırır.

“TAV Georgia”nın məlumatında “İndigo” aviaşirkətinin iyulun 31-dən etibarən həftədə üç tezliklə Gürcüstan və Hindistan paytaxtları arasında birbaşa müntəzəm uçuşlar həyata keçirəcəyi deyilir.

“İndigo”nun rəhbərliyi gələn həftə Gürcüstana səfər edəcək və uçuşların həyata keçirilməsi üçün lazım olan texniki detallarla bağlı “TAV Georgia” rəhbərliyi ilə görüş keçirəcək.

“İndigo” Hindistanın ən böyük aviaşirkətidir və hazırda 135 istiqamətə uçuşlar həyata keçirir, onlardan 77-si daxili, 58-i isə beynəlxalqdır.