Hindistanın baş naziri - Ukraynada davam edən münaqişənin sülh yolu ilə həlli perspektivlərini bölüşmək fürsətini səbirsizliklə gözləyirəm
Hindistanın baş naziri - Ukraynada davam edən münaqişənin sülh yolu ilə həlli perspektivlərini bölüşmək fürsətini səbirsizliklə gözləyirəm

Hindistanın baş naziri Narendra Modi Kiyevə səfəri zamanı münaqişənin sülh yolu ilə həlli perspektivlərini bölüşməyi planlaşdırdığını açıqlayıb. Bu barədə Hindistan liderinin Polşaya getməzdən əvvəl verdiyi bəyanatda deyilir.

Modinin Polşaya səfərindən sonra avqustun 23-də Kiyevə səfəri planlaşdırılır. Bu, 1991-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra Hindistanın baş nazirinin Ukraynaya ilk səfəri olacaq.

“Ukraynada davam edən münaqişənin sülh yolu ilə həlli perspektivlərini bölüşmək fürsətini səbirsizliklə gözləyirəm. Biz dost və tərəfdaş kimi regionda sülhün və sabitliyin tezliklə bərpasına ümid edirik”. Modinin bəyanatında deyilir.

Narendra Modinin Ukraynaya səfəri onun iyulun 8-9-da Moskvada olmasından sonraya təsadüf edir. Bunun ardınca ABŞ hökuməti və Ukrayna prezidentinin ünvanına tənqidlər səslənib. Modinin Moskvaya səfəri Rusiya qüvvələrinin Kiyevdə uşaq xəstəxanasını bombalaması ilə eyni vaxta təsadüf edib. Hindistanın baş naziri günahsız uşaqların öldürülməsini pisləyib.