Hindistanın baş naziri Narendra Modi Kiyevə səfər edəcək
Hindistanın baş naziri Narendra Modi Kiyevə səfər edəcək

Hindistanın Xarici İşlər Nazirliyində baş nazir Narendra Modinin avqust ayında Ukraynaya səfər etməyi planlaşdırdığını – bu barədə bildiriblər, “Reuters” agentliyi məlumat yayır. Bundan əvvəl hint mediası Hindistanın baş nazirinin Kiyevə səfəri barədə yazırdı.

Məlumat üçün bildirək ki, 2024-cü ilin iyulunda Modi Moskvaya səfər edib və Vladimir Putinlə görüşüb. Rusiya paytaxtında olarkən Hindistanın baş naziri “münaqişələrin sülh yolu ilə həllini” dəstəklədiyini və Moskva ilə Kiyev arasında münaqişənin tezliklə həll olunacağına ümid etdiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Modinin Rusiyaya səfərini “çox böyük məyusluq və sülh prosesi üçün zərbə olaraq” qiymətləndirib.

Modi ilə Putinin görüşündə müzakirə olunan mövzulardan biri Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq üçün aldadılan və Rusiya ordusunun tərkibində cəbhədə xidmət edən Hindistan vətəndaşlarının vətənə qaytarılması olub. Səfərin nəticələrinə əsasən, hint mediası hökumət mənbələrinə istinadən yazırdı ki, Modi və Putin Hindistan vətəndaşlarının müqavilələrinə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəliblər.

Bu səfər Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Hindistanın baş nazirinin Ukraynaya ilk səfəri olacağı üçün əhəmiyyətlidir.