Hindistanda toz qasırğası nəticəsində ölənlərin sayı 127-ə qədər artdı [Foto]
Hindistanda göy gürultusu və ildırım ilə bərabər baş verən toz qasırğası nəticəsində ölənlərin sayı 127-ə qədər artdı.
Ən ağır vəziyyət Hindistanın şimal bölqəsində yerləşən Pradeş və Racastan ştatlarında müşahidə olunur.
Həmin ştatların qubernatorunun məlumatına görə, zərər görən vətəndaşlar kompensasiya olaraq, 6 min dollar alacaqlar.
Təbii fəlakət zonasında ağaclar qopub, evlər yıxılıb, əhalinin yarısı isə, elektrik enerjisiz qalıb.
Sinoptiklərin məlumatına görə, toz qasırğası Hindistanda yenə bir neçə gün davam edəcək.