Hindistanın Ali Məhkəməsinin qərarı ilə, ölkədə passiv evtanaziyaya icazə verildi.
Bu barədə məlumatı NDTV portalı yayır.
Tez ölümə səbəb olan passiv evtanaziya, həkimlər tərəfindən pasient üçün yardımçı terapiya tədbirinin dayandırılmasını nəzərdə tutur.
Hindistanlı pasientlər və onların yaxınları həyatlarının sünii şəkildə qoruyub-qorumayacaqlarını özləri qərar verəcəklər. Passiv evtanaziya müalicəsi olmayan xəstəliklər və koma vəziyyətində olan pasientlər üçün istifadə edilir.
Aktiv evtanaziya isə, tez ölümə məqsədi ilə pasientə müxtəlif preparatların verilməsini nəzərdə tutur və Hindistanda hələdə qeyri-qanunidir.