Hindistanda koronavirusun yeni mutasiyalı növü aşkarlandı.
Hindistanın Səhiyyə Nazirliyi yeni mutasiyalı ştamın yayılmasının sürəti ilə bağlı hələlik açıqlama vermir.
Hindistanda koronavirusun yeni ştamı ilə bağlı məlumatı “Royter” yayır.
Koronavirus səbəbi ilə ölüm göstəriciləri Hindistanda ikinci yerdədir.
Ölkədə ümumilikdə, koronavirusun 11.7 milyon halı qeydə alınıb, 160 000-dan artıq insan həlak olub.