Hindistanda izdiham nəticəsində ölənlərin sayı 116-ya çatıb
Hindistanda izdiham nəticəsində ölənlərin sayı 116-ya çatıb

Hindistanda izdiham nəticəsində ölənlərin sayı 116-ya çatıb.

“CNN”in yazdığı kimi, ölənlər arasında 108 qadın və yeddi uşaq var.

Hadisə Uttar Pradeş ştatında dini tədbir zamanı baş verib. Tədbirin təşkilatçıları 80.000 nəfərin iştirak edəcəyini gözlədiklərini, lakin gözləniləndən qat-qat çox olduğunu söylədi.

Yerli rəsmilərin sözlərinə görə, araşdırmalara başlanılıb.