Hindistanda ildırım çaxması nəticəsində 107 nəfər həlak olub.
“Qardian”-ın məlumatına görə, 83 nəfər Bihar ştatında həlak olub, 24-ü isə, Utar Pradeşdə.
İldırım çaxması Hindistanda Muson mövsumunda, xüsusi ilə də, iyun-sentyabr aylarında tez-tez baş verir.
Həlak olanların ailələrinə ölkənin baş naziri Naredra Modi baş sağlığı dilədi.